Efqanıstanda yene qetliam töredildi
18 Avqust 2013 Bazar 18:56
Yol tikintisi sahəsinə edilən hücum zamanı azı 20 nəfər öldürülüb, 5 nəfər isə yaralanıb.
Əfqanıstanda yenidən qətliam törədilib. Yerli medianın verdiyi məlumata görə, yol tikintisi sahəsinə edilən hücum zamanı azı 20 nəfər öldürülüb, 5 nəfər isə yaralanıb. Yaralılardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Öldürülənlər arasında bir polis əməkdaşı da olub.
Rəsmilər tikinti sahəsinə hücum edən şəxslərin qranad və avtomat silahlardan fəhlələrə atəş açdığını bildiriblər. Hücuma görə, heç kim məsuliyyəti öz üzərinə götürməyib. Vəziyyətlə əlaqədər əfqan olisi istintaq araşdırması başladıb. Polis hücumun törədilməsində “Əl-Qaidə” terror təşkilatını günahlandırıb.
DOSTLARINLA PAYLAŞ: