Əfqanıstanda vəziyyət təhlükəlidi
12 Mart 2009 Cümə Axşamı 22:25
BMT-nin baş katibi, ABŞ prezidenti Barak Obamanı Əfqanıstanın problemlərini hərbi yox, siyasi yolla həll etməyə çağırıb

BMT-nin baş katibi Pan Qi Mun ABŞ prezidenti Barak Obamanı Əfqanıstanın problemlərini hərbi yox, siyasi yolla həll etməyə çağırıb. O, ABŞ hakimiyyətinin Əfqanıstana xüsusi diqqət ayırmaq niyyətini alqışladığını bildirib. BMT rəhbəri bunları Vaşinqtonda Barak Obama ilə keçirdiyi görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. Pan Qi Mun, «Taliban» hərəkatının mülayim nümayəndələrinin dialoqa cəlb edilməsinin mümkünlüyü barədə sualı cavablandırmaq istəməyib.
BMT-nin baş katibi onu da bəyan edib ki, Əfqanıstanda təhlükəsizlik sahəsində vəziyyət təhlükəli və qeyri-sabit olaraq qalır. Onun sözlərinə görə, bu ölkənin probemlərinin dinc həlli yolları martın 31-də BMT-nin himayəsi ilə Haaqada keçiriləcək beynəlxalq konfransda müzakirə olunacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar