Əfqanıstanda üç ABŞ vətəndaşı həlak olub
30 Yanvar 2010 Şənbə 01:10
İlin əvvəlindən Birləşmiş Ştatların Əfqanıstandakı itkiləri 29 nəfərə çatıb
Əfqanıstanın qərbində üç ABŞ vətəndaşı həlak olub. Həlak olanlardan ikisi hərbçi, biri isə mülki şəxsdir. Məlumatı “Əl Cəzirə” telekanalı NATO-nun Əfqanıstandakı nümayəndəsinə istinadən yayıb. Amerikalıların ölümünün təfərrüatları açıqlanmayıb. Hadisə ilə bağlı araşdırmalar başlayıb.
İlin əvvəlindən ABŞ-ın Əfqanıstandakı itkiləri 29 nəfərə çatıb. Ötən il çoxmillətli koalisiya qüvvələri son səkkiz il ərzində “Taliban” döyüşçüləri ilə mübarizədə presendentsiz itkilərlə üzləşmişdi-520 əsgər və zabit. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: