Əfqanıstanın cənubunda ötən axşam iki terror aktı baş verib. Hadisə nəticəsində 1-i terrorçu olmaqla 8 nəfərin öldüyü bildirilir. İlk hadisə Helmand vilayətinin Girişik bölgəsində qeydə alınıb. Nəticədə xarici əsgərlərə qida daşıyan maşınların sürücüləri həlak olub. Digər terror aktı isə Qəndahar şəhərində yol kənarında bombanın partlaması zamanı baş verib. Burada isə 3 polis ölüb. /ANS PRESS/