Bu gün taliblər Əfqanıstanın şərqində yerləşən Host şəhərində dövlət müəssisələri binalarının yaxınlığında silsilə partlayışlar törədiblər. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə naziri məlumat verib.
Kabildən daxil olan məlumatalara görə, taliblər inzibati binalara avtomatlardan atəş açıblar, eyni zamanda üç kamikadze üzərlərinə bağladıqları partladıcı qurğunu binaların yaxınlığında işə salıblar.
Hazırda hadisə ərazisi əfqan ordusu və polisi tərəfindən mühasirəyə alınıb, kəskin toqquşmalar davam edir. Təhlükəsizlik orqanları insident nəticəsində ölən və yaralananların dəqiq sayı barədə məlumat verə bilmirlər.
Bundan əlavə bildirilir ki, kamikadzelərin hücumu ölkə prezidentliyinə namizədlərdən biri olan Ramazan Bəşərdostun Host şəhərinə gəlməsi ilə üst-üstə düşüb.
Xatırladaq ki, Əfqanıstanda prezident seçkiləri 20 avqust tarixinə təyin olunub. /ANS PRESS/