Əfqanıstanda silah anbarı partladılıb
22 İyun 2009 Bazar Ertəsi 14:15
6 yaşlı uşaq ölüb, 20 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb

 

Əfqanıstanda hərbi bazanın silah anbarında baş verən partlayış nəticəsində 6 yaşlı uşaq ölüb, daha 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar arasında anbarı mühafizə edən iki əsgər də olub.

Qeyd edək ki, silah anbarının yaxınlığında yaşayış evləri olub. Partlayışın səbəbləri hələlik məlum deyil. Əfqanıstanın cənub qoşunlarının rəhbəri general Nasir Əhməd Ziaye insident nəticəsində yaralananlar olduğunu təsdiqləyib. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar