Əfqanıstanda növbəti terror aktı
18 Avqust 2010 Çərşənbə 10:35
Hadisə nəticəsində 3 nəfər həlak olub.
Əfqanıstanın şərqində yerləşən Qəznə vilayətində motosikletdə gizlədilmiş partlayıcının işə düşməsi nəticəsində 3 nəfər həlak olub. Yerli mətbuatın məlumatına görə, onlardan ikisi küçə təmizləyicisi, üçüncüsü isə polis əməkdaşıdır.

Xəstəxanadan verilən məlumata görə, hadisədən sonra 8 nəfər yaralı gətirilib. Onların əksəriyyəti uşaq və orta yaşlı şəxslər olub. Əyalət rəsmisinin sözlərinə görə, partlayışın hədəfi yaxınlıqdan keçən polis avtomobili olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar