Əfqanıstanda Moldova şirkətinə məxsus helikopter vurulub
14 İyul 2009 Çərşənbə Axşamı 18:55
Mi-26 Əfqanıstanda koalisiya qüvvələrinin himayəsi altında humanitar missiyanı yerinə yetirirmiş

Çərşənbə axşamı Əfqanıstanda Moldova aviaşirkətinə məxsus helikopter vurulub. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Moldovanın Dövlət Mülki Aviasiya Administrasiyasından məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə yerli vaxtla səhər saat 00.08-də baş verib. Mi-26 tipli helikopter Moldovanın “Pecotox-Airi” aivaşirkətinə məxsus olub və Əfqanıstanda koalisiya qüvvələrinin himayəsi altında humanitar missiyanı yerinə yetirirmiş.

İlkin məlumatlara görə, helikopterin raketlə vurulduğu an göyərtəsində altı ekipaj üzvü olub. Onların hamısı Ukrayna vətəndaşı idi. "Ölənlərin olduğu bildirilir, lakin bu informasiya hələ ki, təsdiqlənməyib", - deyə məlumatda bildirilir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar