Əfqanıstanda məscidə raket atılıb
16 May 2009 Şənbə 09:20
Hadisə nəticəsində ölən və yaralananlar var

Əfqanıstanın Host əyalətində amerikalı əsgərlərin olduğu NATO bazasının yaxınlığındakı məscidə raket düşüb. "CNN Türk"ün məlumatına görə, raket atəşi nəticəsində 3 nəfər ölüb, 4 adam isə yaralanıb. Host əyalətinin polis rəsmisi raketlərin Pakistandan atıldığını və onların saynının 4-5 olduğunu bildirib. Onun sözlərinə görə, raketlərdən biri məcsidə düşsədə, digərləri boş ərazidə partlayıblar.
NATO sözcüsü faktı təsdiqləsədə, ətraflı məlumat verməyib. Raketlərin kimin atdığı açıqlanmayıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar