Əfqanıstanda iki nazir istefaya göndərilib
04 Avqust 2012 Şənbə 18:12
Parlament daxili işlər və müdafiə nazirlərinə etimad göstərməyib.
Əfqanıstan parlamentinin aşağı palatasının deputatları ölkənin daxili işlər naziri Bismilla Məhəmmədi və müdafiə naziri Rəhim Vardak barəsində etimadsızlıq votumu çıxarıb.

Əfqan mətbuatının məlumatına görə, parlamentin iclasında deputatlar son zamanlar Pakistanla sərhəddə gərginliyin artması və Pakistandan atılan raketlərdən onlarla əfqan dinc sakininin öldürülməsi ilə bağlı insidentlər barəsində qeyd edilən nazirlərin hesabatlarını dinləyiblər.

Dinləmələrdən sonra nazirlərə etimad göstərilib-göstərilməməsi səsə qoyulub. Nəticədə həm, daxili işlər, həm də müdafiə naziri yetərincə etimad toplaya bilməyib. Lakin əfqan qanunvericiliyinə görə, ölkə prezidentinin tələbi ilə onlar müəyyən müddət vəzifələrini icra edə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar