Əfqanıstanın Paktin vilayətində talibanlar ictimai binalara hücum edib. İlkin məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb. Ölənlərdən 5-i əfqan təhlükəsizlik xidməti əməkdaşları, 3-ü isə talibdir. Hücumların bələdiyyə binasına, kəşfiyyat bürosuna və bir polis mərkəzinə edildiyini bildirilir.
Taliban sözçüsü Zebiullah Mücahid AR agentliyə telefonla verdiyi açıqlamada 15 kamikadzenin Gardez şəhərində hücumlar törətdiklərini təsdiqləyib.
Hadisə ilə bağlı ölkənin daxili İşlər nazirliyi araşdırmalara başlayıb. /ANS PRESS/