Əfqanıstanda hərbi baza partladılıb
11 Dekabr 2010 Şənbə 11:30
Terror aktı nəticəsində 4 nəfərin öldüyü bildirilir
Əfqanıstan Milli Ordusunun ölkənin şimalındakı Kunduz əyalətində yerləşən hərbi bazasında partlayış baş verib. ANS PRESS-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə 303-cü “Pamir” korpusunun komandiri, təhlükəsizlik üzrə general Daud Daud məlumat verib.
Onun sözlərinə görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib. O, bir neçə gün əvvəl oğurladığı “Ford-Reyncer” avtomobilini hərbi bazanın qapısı qarşısında partladıb. General Daud ilkin ehtimala görə, partlayış nəticəsində 4 nəfərin həlak olduğu və daha 6 şəxsin yaralandığını bildirib.
Terrorçu da insident nəticəsində həlak olanlar arasındadır. Terror aktı nəticəsində həlak olan və xəsarət alanlar arasında əfqan hərbçiləri və dinc sakinlər var. Xəsarət alan sakinlərin hərbi baza yaxınlığında məskunlaşmış şəxslər olduğu bildirilir.
DOSTLARINLA PAYLAŞ: