Əfqanıstanda Estoniyalı hərbçi həlak olub
31 Avqust 2010 Çərşənbə Axşamı 00:55
Estoniyanın Estcoy-10 birləşməsi “Taliban” silahlılarının hücumuna məruz qalıb.
Estoniya Silahlı Qüvvələrinin 20 yaşlı hərbçisi Herdis Sikka Əfqanıstanda döyüştapşırığını yerinə yetirərkən həlak olub. Bu barədə məlumatı Estoniya Müdafiə Nazirliyinin Baş Qərargahı yayıb.
Estoniyanın Estcoy-10 birləşməsi Nad-Əli qəzasında “Taliban” silahlılarının hücumuna məruz qalıb. Əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində zirehli maşının sürüdüsü Herdis Sikka ağır xəsarətlər alıb. Yoldaşları ona ilkin tibbi yardım göztəriblər, sonra isə yaralı əsgər helikopterlə Kemp-Bastion bazasındakı hospitala çatdırılıb. Amma onun həyatını xilam etmək mümkün olmayıb.
Hərbçinin ölümü ilə əlaqədar Estoniya prezidenti Toomas Hendrik İlves, hökumət başçısı Andrus Ansip, müdafiə naziri Yaak Aaaviksoo və XİN başçısı Urmas Paet başsağlığı veriblər.
Qeyd edək ki, estoniyalı hərbçilər beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin tərkibində 2003-cü ildən Hilmənd əyalətində xidmət keçirlər. Estoniyanın Əfqanıstandakı NATO əməliyyatlarında iştirakı dövründə 8 estoniyalı hərbçi həlak olub, 40 nəfər isə yaralanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: