Əfqanıstanda daha bir gürcü hərbçi həlak oldu
07 Yanvar 2012 Şənbə 00:13
Qaynar bölgədə ölən gürcü hərbçilərin sayı 12-yə çatdı
Əfqanıstanda vəzifə borcunu yerinə yetirərkən sayca 12-ci gürcü hərbçi, kapral Şalva Paylodze həlak olub. ANS PRESS RBK agentliyinə istinadən xəbər verir ki, Gürcüstan Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, həlak olan kapral Beynəlxalq təhlükəsizliyə dəstək qüvvələri (İSAF) missiyasının tərkibində Hilmənd əyalətində xidmət keçib və “Taliban” silahlılarının hücumu zamanı ölümcül yaralanıb.
Qeyd edək ki, Əfqanıstanda 900-ə yaxın gürcüstanlı hərbçi xidmət edir. Lakin 2012-ci ildə onların sayı 1600-ə çatdırılacaq. Gürcüstan prezidenti Mixail Saakaşvilinin bu təşəbbüsünü ölkə parlamenti ötən ilin dekabrında təsdiqləyib. Gürcüstanlı hərbçilər Əfqanıstanda ABŞ və Fransanın məsuliyyət zonalarında xidmət edirlər.
DOSTLARINLA PAYLAŞ: