Əfqanıstanda Britaniyanın baş nazirinə sui-qəsd cəhdi olub
11 İyun 2010 Cümə 01:15
Təhlükə ilə əlaqədar Devid Kemeronun hərkət marşrutu dəyişdirilib.
Böyük Britaniyanın baş naziri Devid Kemeron Əfqanıstana səfəri çərçivəsində hərəkət marşrutunu dəyişməli olub. Buna onun helikopterinin silahlılar tərəfindən vurula biləcəyi barədə xəbərdarlıqlar əsas verib. Baş nazirin mühafizə xidməti silahlıların helikopteri vurmaq istəməsi barədə məlumat əldə ediblər. Silahlılar arasında danışıqlar sübut edib ki, Devid Kemeronun helikopteri eniş etməli olduğu yerin yaxınlığında vurulmalıdır.

Həlmənd əyalətindəki kolleci ziyarət etdiklən sonra Britaniyanın hökumət başçısı hərbi bazaya getməliydi. Lakin bu səfər təxirə salınıb.

Qeyd edək ki, bu, Devid Kemeronun Əfqanıstana sayca beşinci səfəridir. Lakin o baş nazir kimi bu ölkəyə ilk dəfədir səfər edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar