Efqanıstanda bomba hazırlayan 11 terrorist hebs edilib
22 Oktyabr 2013 Çərşənbə Axşamı 16:49
Bomba partlaması nəticəsində 1-i qadın olmaqla, 4 kişi yaralanıb.
Afganistan polisi Nengarhar ve Meydan Vardak vilayətlərində bomba hazırlayan 11 terroristi həbs edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Nengarhar vilayətinin Kamə bölgəsində bir qrup şəxsin hazırladığı bomba qəfildən partlayıb.Hadisə nəticəsində 1-i qadın olmaqla 4 kişi yaralanıb.Ölkə polisinin apardığı əməliyyat nəticəsində terrorçu qruplaşmanın üzvü hesab edilən 8 nəfər saxlanılıb.

Qeyd edək ki, Meydan Vardak vilayetinin Nirh bölgəsində bomba hazırlamaqla məşğul olan digər 3 nəfər də polis tərəfindən həbs edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar