Əfqanıstanda Amerika hərbçisinin həbsi üçün order verilib
17 May 2010 Bazar Ertəsi 22:45
Onun qansuz silahlı dəstələrin fəaliyyətində iştirak etdiyi iddia olunur.
Kabilin baş hərbi prokuroru general Qulam Rəncbər qanunsuz silahlı dəstələrin fəaliyyətində iştirak etdiyi iddia olunan Amerika hərbçisinin həbsi üçün order verib. Bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Əfqanların fikrincə "Con" və ya "Conni" ləqəbli hərbçinin rəhbərlik etdiyi silahlı dəstə Qəndəharda məhkəmə binasını partladaraq yerli polis rəisi də daxil olmaqla bir neçə nəfərin ölümünə səbəb olub. İlkin ehtimala görə, bu dəstənin məqsədi barələrində məhkəmə prosesi gedən yoldaşlarının azad edilməsi olub.
Əfqan hüquqmühafizə orqanlarının fikrincə təqribən 300 nəfərdən ibarət olan dəstə MKİ və xüsusi təyinatlıların Qəndəhardakı bazasında təlim keçir.
Hərbi prokurorun sözlərinə görə, "Conni" qrupunda olanlar bir çox mülki şəxslərin həlak olması ilə nəticələnən gecə əməliyyatlarının keçirilməsində şübhəli bilinirlər. Bundan əlavə, həmin dəstə üzvlərinin bir sıra qətl və zorlama faktlarında təqsirli olmasını təsdiqləyən şahid ifadələrinin də olduğu bildirilir. anspress
DOSTLARINLA PAYLAŞ: