Əfqanıstanda 45 silahlı öldürülüb
28 İyul 2013 Bazar 08:38
5 avtomobildən ibarət karvan koalisiya təyyarələrinin zərbələrinə tuş gəlib.
Beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstanın cənubundakı Gilmənd əyalətinə endirdiyi aviazərbələr nəticəsində 45 silahlı öldürülüb.
APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, silahlı terrorçuların olduğu 5 avtomobildən ibarət karvan koalisiya təyyarələrinin zərbələrinə tuş gəlib. Nəticədə 45 silahlı öldürülüb, 3-ü isə yaralanıb.
Gilmənd əyalətinin administrasiyasının rəsmi nümayəndəsi Ömər Zavak qeyd edib ki, zərbələr iyulun 26-ı axşam saatlarında Bəhrəmçə şəhərciyinin yaxınlığına endirilib.
DOSTLARINLA PAYLAŞ: