Əfqanıstanda 20 yaraqlı öldürülüb
29 Oktyabr 2010 Cümə 22:55
NATO əsgərləri ilə qanunsuz silahlı birləşmələrin üzvləri arasında atışma olub.
Əfqanıstanın cənubunda qanunsuz silahlı birləşmələrin üzvləri ilə NATO əsgərləri arasında atışma olub. NATO-nun yaydığı rəsmi açıqlamaya görə, Qəndəhar vilayətində NATO helikopterinə atəş açılıb. Helikopterdən açılan cavab atəşi ilə 20 yaraqlı məhv edilib.
Məlumata görə, atışma gedən ərazidə 20 bomba, xeyli silah-sursat ələ keçirilib. Atışmadan mülki şəxslər zərər görməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: