Əfqanıstanda 10 həkim öldürülüb
07 Avqust 2010 Şənbə 20:35
Onların qarət məqsədi ilə öldürüldüyü ehtimal olunur.
Əfqanıstanın Badaxşan əyalətində yaraqlıların hücumu nəticəsində 10 həkim öldürülüb ki, onlardan da 8 nəfəri xarici ölkə vətəndaşlarıdır. Öldürülən 6 ABŞ, digər ikisi isə Britaniya və Almaniya vətəndaşları olan həkimlər Əfqanıstanda Beynəlxalq Yardım Missiyasının nəzdində humanitar yardım göstərirmişlər. Onların cəsədləri xidməti avtomobillərində aşkar olunub.
İlkin ehtimala görə, həkimlər qarət məqsədi ilə öldürülüblər. Belə ki, hadisə yerinə həkimlərin nə şəxsi əşyaları, nə də geyimlər aşkar olunmayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: