Əfqanıstan prezidentinin qardaşı qətlə yetirilib
12 İyul 2011 Çərşənbə Axşamı 13:29
Əhməd Vəli Kərzai evində mühafizəçisi tərəfindən öldürülüb.
Əfqanıstan prezidentinin qardaşı Əhməd Vəli Kərzai bu gün Qəndəhar şəhərində qətlə yetirilib. ANS PRESS-in "Reuters”in istinadən verdiyi xəbərə görə, qəttlə bağlı faktı Qəndəharın qubernatoru da təsdiqləyib.

“RİA” Novosti isə Əfqanıstanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərdə yazır ki, Əhməd Vəli Kərzai evində öz mühafizəçisi tərəfindən öldürülüb.

Hazırda hadisənin təfərrüatları araşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar