Əfqanıstan prezidenti ABŞ-a səfərini yarımçıq qoydu
21 Sentyabr 2011 Çərşənbə 01:35
O, Burhanəddin Rəbbaninin ölümü ilə əlaqədar Kabilə qayıdır
Əfqanıstan prezidenti Həmin Kərzay eks-prezident Burhanəddin Rəbbaninin qətlə yetirilməsi xəbərini eşitdikdən sonra ABŞ-a səfərini yarımçıq qoymaq və Kabilə qayıtmaq qərarına gəlib. Bu barədə məlumatı Əfqanıstanın BMT-dəki daimi nümayəndəsi verib. Onun sözlərinə görə, Həmid Kərzay Nyu-Yorku bu gün tərk edəcək.
Həmin Kərzay ABŞ-a səfəri zamanı BMT Baş Assambleyası çərçivəsində amerikalı həmkarı Barak Obama ilə görüşüb. Lakin o Baş Assambleyadakı ümumi müzakirələrdə bu günə planlaşdırılan çıxışını ləğv etməli olub.
Barak Obama Həmin Kərzaya Burhanəddin Rəbbaninin ölümü ilə əlaqədar başsağlığı verib. “Bu, faciəvi itkidir. Lakin əminik ki, baş verən hadisə Əfqanıstanda azaddıq, təhlükəsizlik və çiçəklənmənin təmin edilməsi yolunda bizi dayandıra bilməyəcək”, - ABŞ prezidenti bildirib.
Xatırladaq ki, Əfqanıstanın keçmiş prezidenti, ölkəd yaradılaş Ali Sülh Şurasının rəhbəri Burhanəddin Rəbbani ötən gün öz evində partlayış zamanı ölüb. Sonradan KİV məlumat yaydı ki, o, “Taliban” nümayəndələri ilə danışıqlar zamanı həlak olub.
DOSTLARINLA PAYLAŞ: