Edvard Nalbandyan Vaşinqtona səfər edəcək
30 Aprel 2009 Cümə Axşamı 01:10
Onun Hillari Klintonla görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin müzakirəsi gözlənilir

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan mayın ilk günlərində Vaşinqtona səfər edəcək. ANAS PRESS, PanARMENIAN.Net  saytına istinadən xəbər verir ki, Ermənistanın xarici siyasət idarəsinin rəhbərini Vaşinqtona ABŞ-ın dövlət katibi Hillari Klinton dəvət edib.
Edvard Nalbandyanın Hillari Klintonla görüşündə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və çox güman ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə ediləcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar