Amerika Erməniləri Milli Komitəsi (ANCA) Ermənistan xarici işlər naziri ABŞ-da səfərdə olan Edvard Nalbandyanla görüşməkdən imtina edib. Bu barədə "Armenia today" saytı Armenian Reporter-ə istinadən məlumat verib. BElə ki, Vaşinqtonda olan erməni nazirlə yalnız Amerika Erməni Assambleyasının nümayəndələri (AAA) görüşməyə razılıq veriblər.
Amerika Erməniləri Milli Komitəsinin qərarına əsasən Türkiyə-Ermənistan münasibətlərinin inkişafının təsir etməsi istisna deyil. Qeyd edək ki, qurum hazırda iki ölkə arasında münasibətlərin normallaşması üçün aparılan danışıqları alqışlamayaraq bildirmişdi ki, bu danışıqlar sadəcə diqqəti "erməni soyqırımı"dan yayındırmaq məqsədi daşıyır./ANS PRESS/