Eduard Şevardnadze: Rusiya Gürcüstandan daha demokratik ölkədir
26 Dekabr 2011 Bazar Ertəsi 17:39
Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze hesab edir ki, qonşu ölkədə söz azadlığı əmsalı nisbətən yüksəkdir.
Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze hesab edir ki, Rusiya Gürcüstandan daha demokratik ölkədir. Tiflisin “Asaval-Dasavali” qəzetinə müsahibə verən Şevardnadzenin fikrincə, Rusiyada söz azadlığı əmsalı daha yüksəkdir.
Sabiq prezidentin sözlərinə görə, Rusiyada jurnalistlər söz azadlığına qoyulan məhdudiyyətlərə qarşı etirazlarını bildirir. Gürcüstanda isə əksinə KİV-lər hakimiyyətə qarşı tənqidi mövqedən çıxış etmir. Onun dediyinə görə, mətbuat bir sıra hadisələri işıqlandırmır. Məsələn, Saakaşvilinin iqamətgahı qarşısında keçirilən etiraz aksiyasını heç bir telekanal işıqlandırmayıb.
“Mən bu telekanalların hərəkətlərini pisləyirəm. Xüsusən də etirazlarını bildirən həmkarlarına lağ edən qəzetləri pisləyirəm”, - deyə o fikrini tamamlayıb.
DOSTLARINLA PAYLAŞ: