Eduard Şevardnadze gürcü xalqından üzr istədi
02 İyul 2012 Bazar Ertəsi 15:19
Eduard Şevardnadze hakimiyyəti Mixail Saakaşviliyə verdiyinə görə heyfislənir.
Gürcüstanın Eduard Şevardrnadze gürcü xalqından üzr istəyib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o hakimiyyəti Mixail Saakaşviliyə verdiyinə görə heyfslənir. Şevarnadze bu barədə Tiflisdə nəşr olunan “Asaval Dasavali” qəzetinə müsahibəsində bildirib.

“Mənim xalq qarşısında ən böyük günahım hakimiyyəti Mixail Saakaşviliyə verməyim olub. O zaman mənim başqa yolum yox idi. Buna görə gücrü xalqı qarşısında min dəfə üzr istəyirəm”, deyə Gürcüstanın sabiq prezidenti bildirib.

Şevardnadze hesab edir ki, Saakaşvili Gürcüstanın əsas problemlərini həll etmək iqtidarında deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar