Ədliyyə naziri: “Hüsnü Mübarək ölüm hökmünə məhkum edilə bilər”
01 May 2011 Bazar 02:38
Ədliyyə naziri:“Hüsnü Mübarəki yalnız yeni yeni prezident əfv edə bilər”.
Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin nümayişçilərə atəş açmaq əmri verdiyi sübut oluna, onu ölüm hökmü gözləyir. Bunu Misirin ədliyyə naziri Məhəmməd əl-Hindi bildirib.

“Sözsüz ki, əgər o nümayişçilərin ölümündə təqsirli bilinsə, barəsində ölüm hökmü çıxarıla bilər. Hüsnü Mübarəki yalnız yeni yeni prezident əfv edə bilər. Mən prezident olsaydım, 800 əzabkeşin ölümünə görə onu əfv etməzdim”.

Misirdə prezident seçkiləri noyabrda keçiriləcək.

Məhəmməd əl-Hindi bildirib ki, Hüsnü Mübarəkin taleyi keçmiş daxili işlər naziri Həbib əl-Ədlinin ifadəsindən asılı olacaq. Əgər o məhkəmədə etiraz aksiyasının iştirakçılarına atəş açmaq əmirin Hüsnü Mübarəkin verdiyini desə, bu, prosesdə mühüm əhəmiyyət daşıyacaq.

Ədliyyə naziri deyib ki, yaxın vaxtlarda Hüsnü Mübarəkin həyat yoldaşı Süzan Mübarəkin ifadəsi alınacaq. O, başçılıq etdiyi qeyri-hökumət təşkilatları vasitəsilə ictimai vəsaitin mənimsənilməsində şübhəli bilinir.

Mayın 4-də 83 yaşı tamam olacaq Hüsnü Mübarək hazırda Şarm-eş-Şeyx kurort şəhərinin xəstəxanasındadır. O, dövlət vəsaitinin mənimsənilməsində və yanvarın sonu-fevralın əvvəllərində hakimiyyət əleyhinə nümayişlərin iştirakçılarına qarşı zorakı hərəkətlərdə şübhəli bilinir.

Süzan Mübarəkin də həyat yoldaşının müalicə olunduğu xəstəxanada dindiriləcəyi gözlənilir. Onun atası britaniyalı, anası isə misirlidir.

Hüsnü Mübarəkin oğulları Qamal və Əli hazırda Qahirədəki həbsxanada sazlanılırlar. Onlar da ataları kimi korrupsiyada və nümayişçilərə qarşı zorakılıqlarda iştirakda şübhəli bilinirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar