EBU-dan xəbərdarlıq! San Marinonun
19 Mart 2012 Bazar Ertəsi 12:06
"Qaydanı pozmaq müsabiqədən kənarlaşdırılma ilə nəticələnə bilər".
Eurovision Mahnı Müsabiqəsinin Məşvərət Qrupu San Marino təmsilçisi Valentina Monettanın builki şouda oxuyacağı "Facebook Uh, Oh, Oh" mahnısını müzakirəyə çıxarıb. Məşvərət Qrupunun qərarına görə, bu mahnı müsabiqə qaydalarına ziddir.

"Eurovision Mahnı Müsabiqəsi zamanı siyasi və ya buna oxşar mövzuda heç bir söz, ifadə, jest işlətmək olmaz. Mahnının mətnində və ifasında hər hansı bir tənqidi sözün işlənməsi qadağandır. Mahnı vasitəsilə kommersiya məqsədli ismarıcların göndərilməsi yolveriməzdir. Bu qaydanı pozmaq müsabiqədən kənarlaşdırılma ilə nəticələnə bilər" - Eurovision Mahnı Müsabiqəsi 2012-nin qaydalarında belə deyilir.

Lakin Məşvərət Qrupu San Marino Televiziyasına ölkə təmsilçisinin mahnısının sözlərini və ya yeni kompozisiyanı təqdim etməyə imkan verib. San Marino təmsilçisi Valentina Monettanın Bakı səhnəsində ifa edəcəyi mahnı martın 22-də, saat 15.00-dək (Bakı vaxtı ilə) təqdim edilməlidir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar