Ebru Gündeş PKK terror təşkilatına meydan oxudu
01 Dekabr 2010 Çərşənbə 05:25
“İndidən heç nə deyə bilmərəm, amma heç bir reaksiyadan da qorxmuram”
Türkiyənin məhşur müğənnilərindn Ebru Gündəş dekabrda İsveçdə planlaşdırdığı konsert səbəbilə onu hədələyən PKK terror təşkilatını ciddi qəbul etmədiyini deyib. Qeyd edək ki, Gündəş dekabrın 22-də Stokholmda konsert verəcək və bununla bağlı elan və afişaların artıq şəhərin küçələrinə yapışdırılmasına başlanılıb.
Şəhərdə yaşayan kürd əhali, PKK dəstəkçiləri və bəzi kürd təşkilatlıarı isə konsertin ləğv olunması üçün İsveç dövlət teatrına təzyiq göstərməyə çalışır. Buna səbəb isə 1999-cu ildə “Maqazin Jurnalistləri” dərnəyinin keçirdiyi tədbirdə Ebru Gündəşin oturduğu masadan kürd müğənni Əhməd Qayaya çənqəl atılmasıdır.
Qeyd edək ki, kürd qrup Ebru Gündeşi niyə istəmədiklərinə dair bəyanat hazırlayaraq İsveç mətbuatına paylayacaq. Bundan başqa Əhməd Qayanın pərəstişkarları konsertin keçiriləcəyi zalın qarşısında etiraz aksiyası keçirəcəklərini bildiriblər.
Məsələ ilə bağlı açıqlama verən Ebru Gündəş heç bir reaksiyadan qorxmadığını deyib: “Təşkilatçı şirkətlə danışacağıq. İndidən heç nə deyə bilmərəm. Amma heç bir reaksiyadan da qorxmuram. Məni səhv başa düşdükləri üçün təəssüf edirəm. Bilmədən bir insana belə reaksiyalar vermək doğru deyil”.
DOSTLARINLA PAYLAŞ: