Ebola virusu Türkiyədə
06 Sentyabr 2014 Şənbə 10:34
Türkiyədə yüksək temperatur şikayəti ilə xəstəxanaya müraciət edən xəstədə Ebola əlamətləri aşkarlanaraq karantiya götürülüb.
ANS PRESS-in yerli mətbuata istinadən xəbərinə görə, hadisə Hatay vilayətinin Kırıkhan rayonunda baş verib.
Məlumata görə, Afrikada miqrant olan şəxsiyyəti naməlum şəxsdə Ebola virusunun izlərinə rast gəlinib. Xəstə daha sonra İskenderun rayonu Dövlət xəstəxanasına köçürülüb.
Bundan sonra xəstəxanada olan hər kəsə maska paylanıb və Səhiyyə Nazirliyinə aid 2 təchizatlı təcili yardım avtomobili xəstəxanaya cəlb olunub. Xəstəxananın baş həkimi isə təcili olaraq işə çağırılıb.
DOSTLARINLA PAYLAŞ: