Düşənbədə 25 məhbus həbsdən qaçıb
23 Avqust 2010 Bazar Ertəsi 15:30
Onlar 6 zabiti və 1 əsgəri də öldürüblər.
Tacikistanın paytaxtı Düşənbədə 25 məhbus həbsxanadan qaçıb. Yerli mənbələr məhbusların həbsxananın növbətçi otağından silah götürdükləri və mühafizəçilərlə atışma baş verdiyini bildirir.
Atışma nəticəsində 6 zabit və 1 əsgərin öldüyü bildirilsə də, məhbuslar arasında itkinin olub-olmaması barədə məlumat verilməyib.

Məhbusların hamısının bir cinayətkar dəstənin üzvləri olduğu və avqustun 20-də Tacikistan Ali Məhkəməsinin qərarı ilə 10 ildən 30 ilədək həbz cəzasına məhkum olunduqları bildirilir. Onların arasında 6 Rusiya vətəndaşının, Özbəkistan İslam Hərəkatının bir neçə üzvünün və Əfqanistan vətəndaşlarının da olduğu qeyd olunub.

Xatırladaq ki, hazırda Tacikistanda “Saxlama” planı adlı əməliyyat keçirilir, bütün avtomobil yollarında, hava limanlarında, dəmiryol stansiyalarında gücləndirilmiş rejimdə hüquq-mühafizə orqanlarının əməkdaşlarından təşkil olunan silahlı qruplar növbə çəkir.

Ölkə prezidenti İmomali Rahmonun göstərişinə əsasən, qaçan məhbusların saxlanması üçün Daxili İşlər Naziri Abdurrahim Kaxarovun rəhbərliyi ilə əməliyyat qərargahı yaradılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar