Dünyanın sonuna inananlar həbs ediləcək
15 Dekabr 2012 Şənbə 20:25
Artıq Çin polisi 4 nəfəri 21 dekabrda "qiyaməti günü" olcağını dediyinə görə tutub.
Çin polisi Çuntsin şəhərinin 4 sakinini saxlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onların saxlanılmasına səbəb, dünyanın sonu barəsində şayiələri yaymaları olub.
Belə ki, bu 4 nəfər əllərində vərəqələr tutaraq, səs ucaldanlarla şüarlar dünyanın sonunun çatdığını səsləndiriblər. Hüquq mühafizə orqanlarının əməkdaşları isə bildirir ki, onlar Mayya təqvimi ilə dekabrın 21-də dünyanın sonunun olacağını deyirdilər.
Çinin rəsmi mətbuat orqanları yazır ki, artıq Çində dünyanın sonu ilə bağlı kampaniya aparanlar barəsində hökumət sərt addımlar atmağa başlayıb. Onlar Kommunist Partiyasının fəaliyyətinə zərbə vurmaq maddəsi ilə həbsxanaya atıla bilərlər.
DOSTLARINLA PAYLAŞ: