Dünyanın sonu üçün yeni tarix
20 Oktyabr 2011 Cümə Axşamı 15:29
Amerikalı moizəçi yeni iddia irəli sürüb.
Kaliforniyadan olan 90 yaşlı amerikalı moizəçi Harold Kempinq dünyanın sonu üçün yeni tarix göstərib. ANS PRESS-in xarici mətbuata istinadla verdiyi məlumata görə, dünyanın sonu oktyabr ayının 21-də saat
18:00-da olacaq.

"Bu cümə günü demək olar ki, yer üzünün bütün sakinləri cəhənnəmə gedəcəklər", deyə Kempinq rəhbəri olduğu "Ailə radiosu"nda bildirib.

Onun iddiasına görə, bu gün bütün ölülər məzardan qalxacaq. Yalnız 2 faiz əhali cənnətə gedəcək. Qalanları isə cəhənnəmə "deportasiya" edilənə kimi bir müddət baş verəcək fəlakətləri, yanğın, zəlzələ və selləri görmək üçün yerdə qalacaqlar.

Xatırladaq ki, bu, Kempinqin ilk səhv proqnozu deyil. 1994-cü ildə İsa peyğəmbərin (s.ə.s) zühur edəcəyini iddia edən amerikalı o vaxt da hesablamalarında səhv olduğunu demişdi. O, həmçinin bu ilin mayın 21-i saat 18:00-da qiyamətin qopacağını iddia etmişdi.

Kempinqin sözlərinə görə, o, müqəddəs kitab olan "İncil"də gizli olan gələcəyi xəbər vermə yollarını riyazi üsullarla açıb. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar