Dünyanın pulunu idarə edənlər nə qədər maaş alır?
04 Dekabr 2010 Şənbə 06:15
ABŞ Milli bankının sədri bir çox həmkarından az maaş alır
Qlobal iqtisadiyyatın 50 faizdən çoxunu idarə edən ABŞ Milli Bankının rəhbəri bir çox məsləkdaşından daha az pul qazanırmış. Məlumata görə, Ben Bernanke Avropa, Kanada, Yaponiya və hətta yardım üçün BVF-na müraciət edən İrlandiya milli banklarının sədrlərindən daha az əmək haqqı alır. ABŞ-la müqayisə olunduğu vaxt çox kiçik iqtisadiyyata sahib olan Malta milli bankının sədri belə Bernankedən yüksək maaş alır.

“Bloomberg” jurnalı milli bank rəhbərləbinin illik maaşları barədə məlumatı təqdim edib.
İsveçrə Milli bankının sədri Flip M Hildebrand illik 860 455 dollar,
Avropa Milli bankının sədri Jan Klod Trişe illik 482 751 dollar,
Hong Kong Milli bankının sədri Norman Çan illik 774 179 dollar,
İngiltərə Milli bankının sədri Mervin Kinq A. illik 473 871 dollar,
Yaponiya Milli bankının sədri Masaaki Siravaka illik 472 195 dollar,
Kanada Milli bankının sədri Mark J. Karney illik 441 945 dollar,
İrlandiya Milli bankının sədri Patrik Honohan illik 359 608 dollar,
Malta Milli bankının sədri Maykl Bonello illik 214 192 dollar,
ABŞ Milli bankının sədri Ben Bernanke illik 196 700 dollar və
Braziliya Milli bankının sədri Enrike de-Kampos Meirelles 83 185 dollar maaş alır.

Qeyd edək ki, Milli bank sədrlərinin maaşları barədə göstəricilər 2009-cu ilə aiddir


DOSTLARINLA PAYLAŞ:

oyunlar