Dünyanın lüks həbsxanaları
23 İyul 2010 Cümə 19:50
Beş ulduzlu həbsxanalar və V.I.P xidmətlər.
Həbsaxana deyərkən ilk olaraq bir çoxlarının ağlına dörd divar arasında, pis qoxulu və qaranlıq bir gəlir. Amma bunu bütün həbsxalara aid etmək olmaz.

Lüks həbsxanalar sırasında beşinci yeri Kaliforniyanın Santa Ana həbsxanası tutur. Bu həbsxanaya düşə bilmək üçün isə müəyyən tələblər qoyulub. Birinci şərt odur ki, törədilən cinayət hücum xarakterli olmamalıdır. İkinci şərt isə sırf maddi imkanla bağlıdır, çünki bu həbsxanada qalmaq üçün bir gecəlik 75-127 dollar ödəmək lazımdı. Bu pulun müqabilində kameranız təmizlənir və yaşamaq üçün sizə mümkün qədər ən yaxşı şərtlər təmin edilir. Bu həbsxanada notbuk və iPod kimi şəxsi əşyalarınızı da kameranıza apara bilərsiz.

4-cü yerdə isə Otaqo İslah Müəssisəsi dayanır. 218 milyon dollara inşa olunan həbsxanada istilik sistemi, kitabxana, LCD televizorlar, idman zalı da var. Həbsxana ümumilikdə 335 məhbus üçün nəzərdə tutulub.

Norveçin Halden Həbsxanası isə kabusa bənzəməli olan həbs həyatınızı əsl yuxuya çevirə bilər. Burada səs studiyası, idman zalları, iki otaqlı kameralar mövcuddur. Hətta kameralarda qonaqlar üçün də bütün rahatlıqlar nəzərə alınıb. Televizor. Kiçik soyuducular, yüksək səviyyədə işıqlandırılma, ən yeni kitablardan ibarət kitabxana, rahat oturacaqlarla təmin edilən bu həbsxanada 252 məhkum saxlanıla bilər.

İkinci yerdə isə Avstriyanın Leoben şəhərində inşa olunan beş ulduzlu Leoben Ədalət Mərkəzi qərarlaşıb. Gimnastika salonu, möhtəşəm mebellər, şəxsi televizor və bir çox V.I.P xidmətlərlə təchiz olunan həbsxana daha çox oteli xatırladır.

İndiyə qədər ən lüks kamera nüfuzlu mafia lideri El Kaponenin saxlanıldığı həbsxananın kamerası hesab olunur. Vizit kartında “İkinci əl mebel satıcısı” kimi göstərilən Kapone rəqabətdə olduğu mafioz qruplaşmanın yeddi üzvünü öldürdüyü “Sevgililər günü qətliyamı” ilə yaddaşlarda qalıb. Bir çox cinayətlərdə adının hallanmasına baxmayaraq onu yalnız 1931-ci ildə “vergidən yayınma” cinayətində təqsirli bilərək həbs etmək mümkün olmuşdu. Alkatraz həbsxanasında saxlanılan məşhur mafiozun həbsxana həyatı cəhənnəmə çevirilmişdi. Onun daha öncə, 1929-cu ildə “qanunsuz silah saxlama” cinayətinə görə həbsdə saxlanıldığı “Eastern State Penitentiary” həbsxanasındakı kamerası isə hələ də ən lüks kamera hesab olunur. Divarları uçulub-dağılan kamera o qədər zövqlə dekorasiya edilib ki, yoxsulluq və zənginlik arasında müdhiş bir görüntü ortaya çıxıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar