Şahzadə Uilyam: İndi hamı normal həyata qayıda bilər.
Bütün dünyanın həsrətlə yolunu gözlədiyi körpənin - Britaniya şahzadəsi II Yelizavetanın nəticəsi, taxt tacın 3-cü varisi olan uşağın görüntüləri yayılıb. ANS PRESS-in dünya mətbuatına istinadən verdiyi məlumata görə, Britaniya şahzadəsi Uilyam və Kembriç hersoqinyası Keyt Midlton iyul ayının 22-də dünyaya gələn övladlarını ictimaiyyət qarşısına çıxarıblar. Valideynləri körpəni xəstəxanadan çıxararkən uşaq lentə alınıb. Keyt və Uilyam cütlüyü jurnalistləri sevinclə qarşılayıblar.
Şahzadə Uilyam hələlik uşağa nə ad verəcəklərini qərarlaşdırmadıqlarını deyib: "Bu kifayət qədər iri uşaqdır. Biz hələ ad seçməmişik. Bunun üzərində iş gedir. İndi hamı normal həyata qayıda bilər. Biz isə onu evə aparırıq".
Britaniya taxtının varisi Uilyam hətta oğlunun ilk bezini dəyişdirməsindən danışıb. O, bunun xüsusi an olduğunu və hər valideynin nə demək istədiyini anladığını deyib.