Dünyanın ən yaşlı sakini vəfat etdi
01 Fevral 2011 Çərşənbə Axşamı 01:20
Bu titula ondan 37 gün kiçik olan Bessi Kuper sahib çıxdı
Dünyanın ən yaşlı sakini - amerikalı Yunis Senborn Texas ştatında 115 yaşında dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə, yaşlı qadın Ceksonvill şəhərindəki evində vəfat edib.
Yunis Senborndan sonra dünyanın ən yaşlı adamı amerikalı Bessi Kuperdir. Tenessi ştatında yaşayan Kuper öz sələfindən 37 gün kiçikdir.
Yunis Senborn həyat yoldaşı ilə birlikdə 1937-ci ildə Texasda məşhur “Loves Lookout” turizm parkını yaradıb. Ölkədə ilk dəfə beton dibli hovuzlar bu parkda inşa edilib.
Rəsmi məlumatlara görə, Yunis Senborn 1896-cı ilin iyulunda anadan olub. Amma onun qohumları iddia edirlər ki, siyahıyaalma bürosu səhvə yol verib. Əslində dünyanın ən yaşlı qadını bir il əvvəl dünyayaya gəlib.
Yunis Senborn ötən il noyabrın əvvəllərindən dünyanın ən yaşlı qadını sayılır. O vaxt Antil arxipelaqındakı Sen-Bartelmi adasında fransalı Ejeni Blanşar 115 yaşında dünyasını dəyişmişdi.
DOSTLARINLA PAYLAŞ: