Dünyanın ən yaşlı sakini öldü
18 Dekabr 2012 Çərşənbə Axşamı 01:35
Dina Manfredi bu titulu heç iki həftə də daşıya bilmədi.
ABŞ-ın Ayova ştatında dünyanın ən yaşlı qadını Dina Manfredini 115 yaşında dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, xəbəri "Associated Press" agentliyi qadının nəvəsinə istinadən yayıb.
Qeyd edək ki, dünyanın ən yaşlı sakini titulu Dina Manfrediniyə təxminən iki həftə əvvəl keçmişdi. Dünyanın ondan əvvəlki ən yaşlı sakini Bessi Kuper dekabrın 5-də 116 yaşında vəfat edib.
İndi dünyanın ən yaşlı sakini yaponiyalı Ciroimon Kamuradır. O, Kioto şəhərində yaşayır və Dina Manfredinidən cəmi 15 gün kiçikdir. Bunu Ginnes rekordlar kitabının baş məsləhətçisi Robert Yanq deyib.
DOSTLARINLA PAYLAŞ: