Dünyanın ən xoşbəxt ölkələri
15 Dekabr 2011 Cümə Axşamı 19:04
Siyahını "Forbes" jurnalı tərtib edib.
"Forbes" jurnalı dünyanın ən xoşbəxt ölkələrinin reytinqini tərtib edib. ANS PRESS-in türk mətbuatına istinadla verdiyi məlumata görə, siyahıya Norveç başçılıq edir. Adambaşına gəliri 54 min dollar olan Norveç ictimai həyatı və təhlükəsizlik şərtlərinə görə dünyanın ən xoşbəxt ölkəsi olub.
Dünyanın ən xoşbəxt 20 ölkəsinin 14-ü Avropa, 3-ü Asiyada yer alıb. İngiltərə siyahıda 13-cü, Almaniya 15-ci, Fransa 18-ci, Sinqapur 16-cı, Honq Konq 19, Tayvan isə 20-ci olub.
Mütəxəssislər dünya əhalisinin 93 faizinin yaşadığı 110 ölkə arasında 8 kateqoriya üzrə qiymətləndirmə aparıblar. Bunlar iqtisadiyyat, hakimiyyət, təhsil, səhiyyə, təhlükəsizlik, azadlıq və sairədir.
Norveçdə yaşayanların 95 faizi həyat standartlarından məmnundur, 74 faizi isə ətraflarındakı insanların təhlükəsiz olduğunu deyirlər. İkinci sırada Danimarka gəlir. Üçlüyü isə Avstriya qapadır.
Azərbaycanın ən yaxın qonşusu olan Türkiyə isə siyahıda 75-ci olub. Belə ki, əhalinin 60 faizi burada özünün güvənli hiss edir. 8,4 faiz isə digər insanları etibarlı hesab edir.
Dünyanın ən xoşbəxt ölkələri siyahısında ilk “10”-da yer alan ölkələr:
1.Norveç
2.Danimarka
3.Avstriya
4. Yeni Zellandiya
5. İsveç
6. Kanada
7. Finlandiya
8. İsveçrə
9. Hollandiya
10. ABŞ
Dünyanın ən bədbəxt ölkəsi 0-1 yaş arası uşaqların 10 faizinin həyatını itirdiyi və yoxsulluğun hökm sürdüyü Mərkəzi Afrika Cümhuriyyətidir. Onu Zimbabve izləyir.
Ən bədbəxt ölkələrin siyahısı:
1.Mərkəzi Afrika Cümhüriyyəti
2.Zimbabve
3. Efiopiya
4. Pakistan
5. Yəmən
6. Sudan
7. Nigerya
8. Mozambik
9. Keniya
10. Zambiya
DOSTLARINLA PAYLAŞ: