Dünyanın ən uzun metrosu
31 Dekabr 2012 Bazar Ertəsi 16:36
Pekin metropoliteni yollarının uzunluğuna görə dünya buirincisi oldu
Çin dünyanı təəccübləndirməkdə davam edir. Belə ki, daha bir neçə stansiyanın açılışından sonra Pekin metrosu dünyanın ən böyük metropoliteni adını alıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onun yolların ümumi uzunluğu 442 kilometrə çatdırılıb.

Qeyd edək ki, Londonda bu rəqəm 402 kilometr, Seulda 406 kilometr, Şanxayda isə 425 kilometrdir. Ümumlikdə dünya reytinqinə də Çinin iki meqapolisi başçılıq edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar