Dünyanın ən uzun adamının arvadı Suriyada qayıda bilmir
25 İyun 2014 Çərşənbə 00:34
Sultan Kösen Mardin valisi Mustafa Taşkesendən kömək istəyib.
Ginnessin Rekordlar kitabına görə, dünyanın ən uzun boylu adamı olan və Türkiyənin Mardin şəhərində yaşayan 2 metr 51 santimetrlik Sultan Kösenin arvadı Suriyadan qayıda bilmir.
ANS PRESS-in məlumatına görə, Sultan Kösenin arvadı Merve Kösen əmisinin cənazəsinə qatılmaq üçün Suriyaya gedib. Buna görə Sultan Mardin valisi Mustafa Taşkesendən kömək istəyib.
Sultan Kösen keçən ilin oktyabr ayında Mardində etdiyi toyda suriyalı Merve Kösen ilə evlənib. Merve Kösen ölən əmisinin cənazəsinə qatılmaq üçün iki həftə əvvəl Suriyanın Kamışlı şəhərinə gedib. Gedərkən dönəcəyini söyləyib, rəsmi dairələrdən icazə almayan Merve Kösen geri dönərkən problemlə qarşılaşıb. Kamışlı yaxınlığındakı Nusaybin sərhəd keçidi bağlı olduğu üçün icazəsiz gedən Merve Kösen Türkiyəyə daxil ola bilməyib.
Sultan Kösen bu gün qəbuluna getdiyi Mardin valisi Mustafa Taşkesenə həyat yoldaşının vəziyyətini izah edib. "Arvadımla telefonla danışıram, amma hələ bura dönə bilmir. Bizə kömək edin. O gələ bilməsə, mən ora getməli olacam. Onsuz yaşaya bilmirəm" deyib.
Vali Taşkesen də Kösenə yardım etməyə söz verib.
DOSTLARINLA PAYLAŞ: