Dünyanın ən ucaboy qadını öldü
05 Dekabr 2012 Çərşənbə 14:41
Çinli Yao Defen 40 yaşında xərçəngdən dünyasını dəyişib
Dünyanın ən ucaboy qadını - Yao Defen 40 yaşında Çində dünyasını dəyişib. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə qadının yaşadığı Anhoy əyalətində nəşr olunan "Sinyan vanbao" qəzeti yazıb.

Ginnesin rekordlar kitabına düşən Yao Defen ağır onkoloji xəstəlikdən ölüb. Boyu 2,36 metr olan qadın noyabrda öz evində dünyasını dəyişsə də, ölüm xəbəri məhz bu gün yayılıbö

Yao Defendə onkoloji xəstəlik yeniyetmə yaşlarında aşkarlanıb. O vaxt mütəxəssislər müəyyənləşdiriblər ki, qızın boyunun sürətlə artması baş beyindəki şişlə əlaqədardır. Bədxassəli şiş götürülsə də, Yao Defeni tam müalicə etmək mümkün olmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar