Dünyanın ən təhlükəli adamı
24 Dekabr 2012 Bazar Ertəsi 20:20
Amerikanın “Wired” jurnalı maraqlı siyahı hazırlayıb.
Amerikanın “Wired” jurnalı dünyanın ən təhlükəli 15 adamının siyahısını açıqlayıb. Bu siyahıya düşən yeganə rusiyalı Yevgeni Kasperskidir. Nəşr yazır ki, bir müddət əvvəl ABŞ xüsusi xidmət orqanları hazırlanmaqda olan İranın nüvə silahını “Stuxnet”, “Flame” və “Duqu” kimi ziyanverici proqramlarla məhv etmək istəyirdi. Ancaq antivirus proqramları işləyib hazırlayan proqramçılar bu virusları dəfələrlə aşkar edib. Özü də bu proqramları işləyib hazırlayanlar dünyanın ən inkişaf etmiş antivirus şirkətlərindən biri olan “Kasperski” şirkətinin laboratoriyasında işləyirlər.

Jurnal onun adını məhz buna görə dünyanın ən təhlükəli adamları siyahısına salıb. Amma məsələ burasındadır ki, Kasperski Federal Təhqiqatlar Xidməti ilə əməkdaşlıq edir. O bu qurumun əməkdaşlarını kompüter bilgilərinə yiyələndirir. Buna görə də Kasperski siyahıda 9 pillədə qərarlaşıb.

Bu siyahıda ilk yerdə İran generalı Kassem Suleymani, ikinci yerdə Suriya prezidenti Bəşər Əsəd, üçüncü yerdə isə “El Chapo” ləqəbli meksikalı narkobaron Xoakin Quzman yer alıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar