Dünyanın ən qorxunc yerləri
18 Avqust 2011 Cümə Axşamı 18:22
Çilinin Easter adası daşdan yonulmuş vahiməli insan başı heykəlləri ilə məşhurdur
ANS PRESSdünyanın ən vahiməli yerlərini təqdim edir:




Parisdə yeraltı məzarlıq. İddaya görə VII əsrdə şəhərdə vəba xəstəliyindən ölənlər kilsənin qərarı ilə əhəng ocaqlarında yandırılıb. Bu məqsədlə yerin altında otaqlar düzəldilib və minlərlə insan eyidi məhv edilib. Bu prosesin üstü isə ta 1844-cü ilə qədər davam edib. Həmin il Parisdə metro çəkilişi üçün yer qazarkən otaqlar aşkar edilib.



Çilinin Easter adası daşdan yonulmuş vahiməli insan başı heykəlləri ilə məşhurdur. 20 metr hündürlüyü, 90 ton ağırlığı olan daşlar hələ də formasını itirmədən qalmaqdadır.



ABŞ-da olan Mutter muzeyi həkimlər üçün təhsil məqsədi ilə tikilib. Burada çoxlu sayda insan başlarından ibarət kolleksiya mövcuddur.



Truk Lagon, Mikroneziya. Yapon donanmasının böyük bir hissəsi Havay adalarının cənub-şərində, suyun dərinliyində yatmaqdadır. Burada 60-dan çox gəmi ilə yanaşı 1944-cü ildə suya düşən Yapon 4 Donanmasına aid hərbi təyyarələr var.



Manchac bataqlığı, ABŞ. Əfsanəyə görə, bu ərazi 1920-ci ildə həbs edilən Voodoo əyalətinin kraliçası tərəfindən lənətlənib. Bataqlığda salınan 3 kənd sakinləri ilə birlikdə 1915-ci ildə fırtına səbəbindən yer üzündən silinib.



Mary Kings kilsəsi, Edinburq. XVI əsrdə vəba xəstələrinin ölümlə baş-başa qaldığı otaqları bu gün ziyarət edən turistlər qollarına və ayaqlarına görünməz bir varlığın toxunduğunu iddia edir. Yerli sakinlər bunun 1645-ci ildə ana və atası tərəfindən tərk edilərək tək başına qalan Annies adlı qızın ruhu olduğunu bildirirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar