Dünyanın ən qısaboylu adamı öldü
16 Mart 2010 Çərşənbə Axşamı 02:35
Hi Pinqpinqin Roma xəstəxanasında dünyasını dəyişib
Dünyanın ən qısaboylu adamı öldü. Ginnes rekordları kitabının baş redaktoru Kreyq Qlendi 21 yaşlı çinli Hi Pinqpinqin Romada dünyasını dəyişdiyini açıqlayıb.
Kreyq Qlendi bildirib ki, bir televiziya proqramında köksündə ağrılan hiss edən və xəstəxanaya aparılan Hi Pinqpinqin ötən həftənin sonunda vəfat etdiyini bildirib. Sümük xəstəliyi üzündən inkişaf etməyə və boyu uzanmayan Hi Pinqpinqin boyunun zunluğu 74,61 santimetr idi. O, Ginnesin rekordlar kitabına dünyanın ən qısa adam kimi düşmüşdü. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: