Dünyanın ən nüfuzlu şəxslərinin reytinqi açıqlandı
06 Dekabr 2012 Cümə Axşamı 02:23
“Forbes”in açıqladığı reytinqə ABŞ prezidenti Barak Obama liderlik edir
ABŞ prezidenti Barak Obama “Forbes” jurnalının açıqladığı dünyanın ən nüfuzlu şəxslərinin siyahısında liderliyi qoruyub. Amerika lideri prezident seçkilərindəki qələbəsi sayəsində üç xal qazanıb. Jurnal bunu belə əsaslandırır ki, seçkilərdə qələbə Barak Obamaya yaxın dörd il ərzində siyasi ideyalarını həyata keçirməyə imkan verəcək.

Rusiya prezidenti Vladimir Putin isə ikinci yerdən üçüncü yerə enib. O, “müxalifətə qarşı hakimiyyətin gücünü göstərməsi” sayəsində bu yeri tutub. “Forbes” ikinci yeri Almaniya kansleri Angela Merkelə verib.

Reytinqdə “düynanın taleyinə pulu və hakimiyyəti ilə təsir edə bilən” 71 nəfərin adı var. Siyahının dördüncü yerində iş adamı, “Microsoft” şirkətinin yaradıcısı Bill Geytsin adıdır. Sonrakı yerlərdə Roma Papası XVI Benedikt, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin rəhbəri Ben Bernanke, Səudiyyə Ərəbistanının kralı Abdulla ibn Abdel Əziz, Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqi tutur.

İlk “onluq”da Çin Kommunist Partiyasının baş katibi Si Tszinpin və Böyük Britaniyanın baş naziri Devid Kemeron da var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar