Dünyanın ən nüfuzlu qadınları açıqlandı
25 Avqust 2011 Cümə Axşamı 02:49
“Forbes”in reytinqində 8 dövlət başçısı və 29 iri şirkətin icraçı direktoru var
Almaniya kansleri Angela Merkel “Forbes” jurnalı tərəfindən dünyanın ən nüfuzlu qadını elan edilib. Nəşrin redaksiyası qeyd edib ki, Avropadakı borc böhranından çıxış yollarının axtarılması məsuliyyəti ölkə lideri kimi Ancela Merkelin üzərinə düşüb.

Siyahıda ikinci yeri ABŞ-ın dövlət katibi, üçüncü yeri isə Braziliyanın prezidenti Dilma Rousseff tutur. İlk “beşlik”də “Pepsi” şirkətinin icraçı direktoru İndra Nuyi və “Facebook”un əməliyyat direktoru Şeril Sendberq tamamlayır.

Ümumilikdə “Forbes”in siyahısında 8 dövlət başçısı və 29 iri şirkətin icraçı direktoru var. Nəşrin məlumatına görə, dünyanın ən nüfuzlu qadınlarının orta yaş həddi 54-dür. Onların ümumi sərvəti 30 trilyon dollarla qiymətlənidirilir. Ən nüfuzlu qadınlardan 22-si subaydır.

Siyahıdakı ən gənc qadın 25 yaşlı amerikalı müğənni Ledi Qaqa, ən yaşlısı isə Böyük Britaniyanın 85 yaşlı kraliçası II Yelizavetadır.

Qeyd edək ki, Angela Merkel dörd il dalbadal dünyanın ən nüfuzlu qadını seçilib. O, yalnız ötən il ABŞ-ın birinci xanımı Mişel Obamadan geri qalmışdı. Yeri gəlmişkən, Mişel Obama bu il ən nüfuzlu qadınların reytinqində 8-ci pillədədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar