Dünyanın ən nüfuzlu analarının siyahısı açıqlandı
12 May 2012 Şənbə 02:18
“Forbes” jurnalının reytinqində ilk yeri Hillari Klinton tutur.
Amerikanın nüfuzlu “Forbes” jurnalı dünyanın ən nüfuzlu analarının reytinqini açıqlayıb. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, siyahıda birinci yeri ABŞ-ın dövlət katibi Hillari Klinton tutur. Əvvəllər birinci xanım, indi isə xarici siyasət idarəsinin rəhbəri olan Hillari Klintonun Çelsi adlı qızı var. O, iki il əvvəl ailə qurub. “Klinton toya hazırlıq işlərindən məlumatlı olmaq üçün elektron poçtla yazışmalar aparırdı”, - jurnal yazır. O vaxt dövlət katibi etiraf etmişdi ki, ölkə diplomatiyasını idarə etmək və qızının toyuna hazırlaşmaq eyni dərəcədə ciddi vacib və gərgin işlərdir.

“Forbes”in reytinqində ikinci yeri qızı və nəvəsi olan Braziliya prezidenti Dilma Rousseff tutur. Üçüncü yer “PepsiCo” ərzaq nəhəncinin prezidenti, hind əsilli amerikalı İndra Nuyiyə verilib. Sonrakı yerlərdə “Facebook” şirkətinin əməliyyat direktoru, iki övlad anası Şeril Sandberq, “Microsoft” korporasiyasının təsisçisi Billi Geytsin həyat yoldaşı, üç övlad anası Melinda tutub.

Siyazıda ABŞ-ın birinci xanımı Mişel Obama (7-ci yer), Beynəlxalq Valyuta Fondunun direktoru Kristian Laqard (8-ci yer), “Nyu-York tayms”ın baş redaktoru Cill Abramson (11-ci yer), Argentina prezidenti Kristina Fernandes de Kirşner (14-cü yer) varö. Onların hamısını bir şey birləşdirir - iki övlad anası olmaları. Dünyanın ən gənc nüfuzlu anası 30 yaşlı amerikalı müğənni Beyonsdur. Reytinqdə 15-ci yeri tutan müğənni bir neçə ay əvvəl dünyaya qız övladı gətirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar