ABŞ-ın “Architectural digest” jurnalı 2012-ci ilin ən möhtəşəm memarlıq nümunələrinin siyahısını hazırlayıb. ANS PRESS-in məlumatına görə, siyahıda 12 tikilinin adı yer alıb. Onların arasında Bakıdakı Heydər Əliyev Mərkəzinin də adı var.
Mərkəz siyahının ilk beşliyindədir.
Jurnalın saytında qeyd edilib ki, auditoriyalı konfrans zalı, muzeyi olan bu məkan Azərbaycan paytaxtının yeni simasının formalaşmasında mühüm rol oynayacaq.
Xatırladaq ki, Memarı dünya şəhrətli Zaha Hadid olan Heydər Əliyev Mərkəzinin tikintisinə 2007-ci ildən başlanılıb. 2012-ci il may ayının 10-da isə binanın rəsmi açılışı olub.Mərkəzin ümumi sahəsi 15,25 hektardır
“Architectural digest” jurnalının tərtib etdiyi siyahıya daxil olan digər binalar bunlardır:
MVRDV şirkətinin DNB qrupunun Oslodakı ofisi (DNB Headquarters in Oslo)
Pekindəki Beynəlxalq Mətbuat Mərkəzi (Phoenix International Media Center in Beijing )
London Bridge Tower (London Bridge Tower)
Şençjen Fond Birjası (Shenzhen Stock Exchange)
Filadelfiyadakı Barns Fondu (Barnes Foundation in Philadelphia)
Əmmandakı Queen Alia Beynəlxalq Hava Limanı (Queen Alia International Airport in Amman)
Dalyan Beynəlxalq Konfrans Mərkəzi (Dalian International Conference Center in Dalian)
Çendudakı Məsaməli Bina (Sliced Porosity Block in Chengdu)
Nyu-Yorkdakı Parrish İncəsənət Muzeyi (Parrish Art Museum in Water Mill)
Quançjoudakı Pazhou Hotel (Pazhou Hotel in Guangzhou)
Helsinkidəki Kamppi sovməəsi (Kamppi Chapel of Silence in Helsinki )