Dünyanın ən mənasız intiharı
27 Avqust 2013 Çərşənbə Axşamı 23:21
Bədbəxt aşiq özünü qumbara ilə partladıb .
Rusiyanın Volqoqrad vilayətinin Krasnoarmeysk rayonunda yerli sakin özünü “RQD-5” qumbarası ilə partladıb. ANS PRESS “Moy rayon” portalına istinadən bildirir ki, avqustun 26-da kişinin ağır zədələr almış cəsədini ona məxsus fərdi evdə tapıblar.
Hadisə zamanı evdə başqa heç kim olmayıb. Polislər kişinin cəsədinin yanında ölümqabağı yazdığı məktubu tapıblar. Məktubdan aydın olub ki, kişi sevgi uğursuzluğu üzündən intihar edib. Keçmiş sevgilisinə yazdığı məktubda o bildirir ki, son görüşdən keçən bir illik ayrılığın əzabına dözə bilmir.
DOSTLARINLA PAYLAŞ: